Simsar.az | bizi özünüzə Simsar bilin
Dağıstanda dəmir yolunda partlayış olub

Şimali Qafqaz respublikası Dağıstanda dünən axşam yük qatarının altında yerləşdirilmiş partlayıcı maddə işə salınıb, lakin partlayışdan xəsarət alan olmayıb.

SİA-nın xəbərinə görə, Rusiya rəsmiləri bildiriblər ki, Həştərxandan Dağıstan paytaxtı Mahaçqalaya doğru irəliləyən qatar relsdən çıxmayıb və vaqonlara dəyən zərər bir o qədər də böyük olmayıb. İnsident başqa qatarların da ləngiməsinə səbəb olub. Polis hadisə üzrə təhqiqat aparır.

5 Fevral, 2011  08:08 Baxılıb: 1689

Bu bölmədə