Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan İslam Partiyasının 7 üzvü barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan İslam Partiyasının 7 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda bu gün keçirilən kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasında tolerantlığın hökm sürdüyü, din və etiqad azadlığı, bütün dinlərin bərabər inkişafı üçün hərtərəfli təminatların yaradıldığı bir şəraitdə, rəsmi dövlət qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərən, məlum xarici dövlətin əlaqədar dairələrinin təsiri altında olan, ənənəvi islam ideyalarından açıq-aşkar kənara çıxmaqla gəncləri öz ətrafında birləşdirmək üçün hər cür vasitələrə əl atan İslam Partiyasının üzvləri tərəfindən hakimiyyətə qarşı itaətsizliyə və mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar səsləndirilib.

Başlanmış cinayət işinin istintaqı gedişində barələrində həbs qətimkan tədbiri seçilmiş 7 partiya tərəfdarının yaşadıqları və qərargah kimi istifadə olunan ünvanlarda keçirilən axtarışlar nəticəsində çoxlu sayda silah və döyüş sursatı aşkar edilərək götürülüb.

Tapşırıq verilib ki, bu cinayət işinin qısa müddətdə yüksək peşəkarlıqla istintaq olunması, bütün əlaqədar şəxslər aşkar edilməklə onların məsuliyyətə cəlb edilməsi təmin olunsun.

5 Fevral, 2011  07:18 Baxılıb: 1878

Bu bölmədə