Dünya və Avropa çempionlarımız Bolqarıstana yollanır
Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkənləri təlim-məşq toplantısı keçirmək üçün fevralın 15-də Bolqarıstanın Belmiken şəhərinə yollanacaqlar. 3 həftəyədək davam edəcək toplanış yüksək dağlıq ərazidə yerləşən bazada təşkil olunacaq. Fiziki hazırlıq və dözümlülüyün artırılmasına xidmət edən hazırlıq prosesində 6 idmançımız iştirak edəcək. Kanoeçilərimiz dünya və Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenko, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev və yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Andrey Kraytor olacaq. Toplanışa qatılacaq yeganə kayakçı isə 17 yaşlı Tamerlan Mustafayevdir. Avarçəkənlərimiz kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərliyi altında hazırlaşacaqlar.
4 Fevral, 2011 20:46 ⁄ Baxılıb: 1852
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |