Simsar.az | bizi özünüzə Simsar bilin
“Muskomediya”da yanğın

Bu gün saat 08:00 radələrində Bakı şəhəri, Səbail rayonunda Mədəniyyət və Turizm Nazirliyinə məxsus Musiqili Komediya Teatrının yerləşdiy,i hazırda təmir işləri aparılan binada yanğın hadisəsi baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın divarlarına xaricdən quraşdırılmış taxta ayaqlıqlar 300 kvadrat metr sahədə yanıb. Hədisə yerinə cəlb olunmuş yanğınsöndürənlər teatr binasını yanğından mühafizə edib.

Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

4 Fevral, 2011  18:32 Baxılıb: 1929

Bu bölmədə