Azərbaycan Hərbi Prokurorluğu: “SU-25” təyyarəsinin qəzaya uğraması faktını araşdırmaq üçün istintaq qrupu yaradılıb
Azərbaycan Hərbi Prokurorluğu hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar məlumat yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin şöbə rəisi, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Tərtər Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerindədir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Əldə olunan nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
4 Fevral, 2011 15:51 ⁄ Baxılıb: 1911
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |