Simsar.az | bizi özünüzə Simsar bilin
İran əsgərləri türk yeniyetmələri güllələdi: 2 ölü, 1 yaralı

İran əsgərləri Türkiyə ilə sərhəddə qaçaqmalçı olduqları iddia edilən qrupa atəş açıb.

Simsar.Az xəbər portalı “Doğan” agentliyinə istinadən xəbər verir ki, İran sərhəddini benzin qaçaqmalçılığı məqsədilə qanunsuz yollarla keçdiyi iddia edilən şəxslərin atəşə tutulması nəticəsində 15 yaşlı iki yeniyetmə ölüb, 1 uşaq yaralanıb. Hadisə gecə saat 03.00 radələrində (Bakı vaxtı ilə 05.00) İran ərazisində baş verib. Türkiyənin Van vilayətinin Özalp qəsəbəsinin yeniyetmə sakinləri qaçaq yolla benzin gətirmək üçün İran ərazisinə keçiblər. Yeniyetmələr güllələndikdən sonra onların həmkəndliləri İran ərazisinə keçərək meyitləri və yaralını Türkiyə ərazinə qaytarıblar.

3 Fevral, 2011  22:12 Baxılıb: 1840

Bu bölmədə