Simsar.az | bizi özünüzə Simsar bilin
Nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhərində uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsini elan edib.

Müsabiqə respublikada nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə martın 1-dən 15-dək keçiriləcək. Müsabiqə fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, ksilofon, vibrofon, kiçik təbil və s. alətlər üzrə iki yaş qrupunda keçirilir. Müsabiqə I qrup (10-13 yaş) üzrə bir tur, II qrup (14-17 yaş) üzrə iki mərhələdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyənə şəxslər çıxış proqramını və sənədlərini fevralın 15-dək Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodikİ Mərkəzinə göndərilməlidir.

3 Fevral, 2011  22:12 Baxılıb: 2563

Bu bölmədə