Simsar.az | bizi özünüzə Simsar bilin
Elnur Məmmədli üçün Norveç – Almaniya marşrutu

Fevralın 9-da cüdo üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığması Norveçə təlim məşq toplanışına yollanacaq.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir həftə davam edəcək toplanışa 9 cüdoçu qatılacaq. 

Baş məşqçi Ağayar Axundzadə hazırlıq prosesinə kişilərdən İlqar Müşkiyev (60kq), Tərlan Kərimov (66kq ), Renat Mirzəliyev (73kq ) Elnur Məmmədli (81 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirovu (+100kq), qadınlardan isə Kifayət Qasımova (57 kq) ilə Ramilə Yusubovanı (63 kq) aparacaq.

Toplanış başa çatdıqdan sonra komandamız birbaşa Almaniyanın Dusseldorf şəhərinə yollanacaq. Cüdoçularımız 19-20 fevralda keçiriləcək “Qran-Pri” turnirində mübarizə aparacaqlar.

3 Fevral, 2011  19:51 Baxılıb: 2756

Bu bölmədə