Simsar.az | bizi özünüzə Simsar bilin
Ordumuzun əsgəri hərbçi yoldaşını güllələyib

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb.

Hadisə Naxçıvan Muxtar Respublikasında, Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissədə qeydə alınıb.

Tovuz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Qaybalı Əli oğlu Məhərrəmovun tabeliyində olan avtomat silahdan açdığı atəş nəticəsində, onun əsgər yoldaşı, Şərur Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Camal Etibar oğlu Abbasov dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə əsgər Q. Məhərrəmovun silahla ehtiyatsız davranışı nəticəsində baş verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

3 Fevral, 2011  16:35 Baxılıb: 1847

Bu bölmədə