Simsar.az | bizi özünüzə Simsar bilin
Fövqəladə Hallar Nazirliyi Bayraq Meydanındakı titrəyiş barədə məlumat yayıb

Dirəyin titrəyişləri nizamlanmışdır-deyə nazirlik bəyan edib

Fevralın 2-də Səbail rayonu ərazisində yerləşən Dövlət Bayraq Meydanında təhlükəli vəziyyət yaranıb. Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib. Nazirliyin yaydığı açıqlamada bildirilib ki, 2 fevral 2011-ci il tarixində Bakı vaxtilə gecə saat 3.00 radələrində güclü küləyin əsməsi nəticəsində Dövlət Bayraq Meydanında texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilib.

“Mütəxəssislər tərəfindən dərhal zəruri, təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində səhər saat 6.30 radələrində dirəyin titrəyişləri nizamlanmışdır”-deyə nazirlik bəyan edib.

Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında açılıb. Azərbaycanın “Azenko” şirkəti tərəfindən inşa olunan meydandakı dayağın hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.

3 Fevral, 2011  16:02 Baxılıb: 1811

Bu bölmədə