«Ayı məhkəməsi»: «Yeni Müsavat»ın vəsatəti rədd edildi
Fevralın 2-də Bakı Apelyasiya Məhkəməsi «ZQAN Holdinq»in məhkəməyə verdiyi «Yeni Müsavat» qəzetinin vəsatətini təmin etməyib. Qəzet məhkəmə iddiasına Yasamal deyil, Nizami rayon Məhkəməsində baxılmasını istəyirdi. Yasamal rayon Məhkəməsi bu vəsatəti təmin etmədiyindən qəzet Apelyasiya Məhkəməsinə müraciət etmişdi. «Yeni Müsavat» qəzetinin vəkili Fariz Namazlı bildirib ki, «Yeni Müsavat» Nizami rayonunda yerləşdiyindən «ZQAN Holdinq»in iddiasına da bu rayonun məhkəməsində baxılmalıdır. Vəkil həmçinin, qəzet əməkdaşlarının Nizami rayonundan Yasamala gəlib-getməsinin redaksiyanın iş ahəngini pozduğunu bildirib.
2 Fevral, 2011 19:50 ⁄ Baxılıb: 1852
Bu bölmədə6 May, 2024 Leysan olacaq, dolu yağacaq25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu |