Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıdan Tiflisə gedən yük qatarının beş vaqonu relsdən çıxıb

Bakı-Tiflis dəmir yolu xətti ilə hərəkət edən yük qatarının 5 vaqonu relsdən çıxıb.

Hadisə bu gün, dəmir yolu xəttinin Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində baş verib. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Qərb bölgəsi üzrə koordinatoru Füzuli Kərimov jurnalistlərə bildirib ki, Bakıdan Tiflisə gedən vaqonların relsdən çıxması nəticəsində dəmir yolu xəttinə, vaqonlara, eləcə də əraziyə zərər dəyməyib. Təqribən iki saat ərzində qəzanın nəticələrinin aradan qaldırılacağını deyən F. Kərimov qatarda mazut dolu çənlərin də olduğunu söyləyib.

2 Fevral, 2011  17:11 Baxılıb: 1815

Bu bölmədə