Nəzir qutusu da oğurlanıb
Yanvarın 31-də Lənkəranda ziyarətgahlardan və məscidlərdən oğurluq edən dəstə zərərsizləşdirilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər Lənkəran şəhərindəki Kiçik bazar məscidi, Aşağı Nüqədi kənd məscidi və Şovu kəndindəki Babarəhim ocağındakı nəzir qutularını oğurlayıb. Polis dərhal məscidlərdə oğurluq edən şəxslərin axtarışına başlayıb. Nəticədə Lənkəran rayon sakinləri - 1990-cı il təvəllüdlü İsmayılov Tural Əflatun oğlu, 1986-cı il təvəllüdlü Vəliyev Fərahim Afərin oğlu və 1990-cı ildə anadan olmuş Karakulya Aleksnadr Konstantinoviç şübhəli şəxs qismində müəyyən olunub və onlar tutulub.
1 Fevral, 2011 17:56 ⁄ Baxılıb: 1895
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |