Simsar.az | bizi özünüzə Simsar bilin
Zaqatalada qanunsuz dini ədəbiyyat satışı ilə məşğul olan Tərtər rayon sakini saxlanılıb

Zaqatala rayonunda qanunsuz dini ədəbiyyat satışı ilə məşğul olan Tərtər rayon sakini saxlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumatda bildirilir ki, 28 yanvar 2011-ci tarixdə saat 13.00 radələrində Tərtər şəhər sakini 1986-cı il təvəllüdlü Babayev Sirac Muxtar oğlu Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində səyyar şəkildə özünə məxsus “VAZ-21074” markalı 90 ED 517 dövlət nömrə nişanlı avtomaşınla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(İXM) 300-cü maddəsinin tələbinə zidd olaraq, yəni müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan qeyri qanunu dini ədəbiyyatlar satarkən Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sırac Babayevə məxsus avtomaşına baxış keçirən əməliyyatçılar oradan xeyli miqdarda müxtəlif adlarda dini ədəbiyyatlar, disklər dini əşyalar aşkar edərək götürüblər.

Faktla bağlı Zaqatala RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

30 Yanvar, 2011  02:07 Baxılıb: 1913

Bu bölmədə