Fövqəladə Hallar Nazirliyinin Akademiyası çempion oldu
Mülkü Müdafiə Qoşunları Komandanlığının (MMQK) tədris binasında Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının fərdi və komandalararası şahmat çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yanvarın 24-dən başlayan yarışda FHN-in 21 qurumunu təmsil edən 84 şahmatçı iştirak edib. İsveçrə sistemi ilə keçirilən çempionatda 3 əsas və 1 ehtiyat oyunçudan ibarət komandalar hər gün iki görüş keçirib. 9 turdan sonra Elçin Sultanov (MMQK) qızıl medala, Ramiz İskəndərov (FHNA) gümüş, Rövşən Abbasov (TTNDA) isə bürünc mükafata sahib olub. Komandalardan Fövqəladə Hallar Nazirliyinin Akademiyası 1-ci, Mülkü Müdafiə Qoşunları Komandanlığının şahmatçıları 2-ci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası isə 3-cü yeri tutub.
28 Yanvar, 2011 19:52 ⁄ Baxılıb: 4110
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |