Lənkəranda ev oğurluğu ilə məşğul olan qrup zərərsizləşdirilib
Lənkəran rayonunda uzun müddət oğurluqla məşğul olan qrup üzvləri zərərsizləşdirilib. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyev verib. Onun sözlərinə görə, rayonun Sütəmurdov kənd sakini Orucəli Qasımov ərizə ilə ŞPŞ-yə müraciət edərək, naməlum şəxslərin gizli yolla onun evinə girməklə oğurluq etdiklərini bildirib. Ərizəyə müvafiq olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sütəmurdov kənd sakinləri, 1981-ci il təvəllüdlü Elşən Xeybər oğlu Xosrovov və 1980-ci il təvəllüdlü Qabil Həzi oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıblar. İlkin araşdırmalardan məlum olub ki, saxlanılan şəxslər qabaqcadan qrup halında əlbir olaraq O. Qasımovun evindən 336 manat məbləğində əmlakını talayıblar. İstintaq həmçinin bu şəxslərin Lənkəran şəhər sakinləri Emin Əbilovun evindən 815 manat pulunu, Mənsurə Əliyevanın evindən 200 manat pulunu və xeyli miqdarda qızıl-zinət əşyalarını oğurladıqları da üzə çıxıb.
26 Yanvar, 2011 21:12 ⁄ Baxılıb: 2064
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |