Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda partlayış: ana və oğul yaralandı

Yanvarın 24-də saat 07.30 radələrində Bakıda partlayış hadisəsi baş verib.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 125-də yaşayan Məhəbbət Aslanovaya məxsus 1 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış olub.

Nəticədə evin tavanı dağılıb. M.Aslanova və oğlu Ömər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

25 Yanvar, 2011  17:49 Baxılıb: 1956

Bu bölmədə