Simsar.az | bizi özünüzə Simsar bilin
NÖVBƏTİ QƏTL

Abşeronda 60 yaşlı qadını yeznəsi öldürübmüş

Yanvarın 23-dən 24-ə keçən gecə Abşeron rayonunda törədilən qətlin üstü açılıb. 

Rayon Prokurorluğundan Simsar.az-a verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 1951-ci il təvəllüdlü Sənubər Süleymanzadəni onun yeznəsi, 1973-cü ildə anadan olmuş Natiq Çələbiyev öldürüb. O, qayınanasını boğaraq qətlə yetirib.


Məlumatda bildirilir ki, qayınanasını öldürən şəxsin tutulması istiqamətində iş aparılır.


Qeyd edək ki, qətlə yetirilən 60 yaşlı S.Süleymanzadə 5 övlad anası olub. Onun iki uşağı ilk həyat yoldaşından dünyaya gəlib. Daha sonra isə qadın başqa bir kişi ilə ailə qurub və onun yetim qalmış 3 uşağına da analıq edib.
60 yaşlı qadını öldürən yeznə də onun ögey qızının əri olub.


Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

25 Yanvar, 2011  15:48 Baxılıb: 1957

Bu bölmədə