Simsar.az | bizi özünüzə Simsar bilin
Sulutəpədə qətl hadisəsi baş verib

60 yaşlı qadın  naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Abşeron rayonunun Sulutəpə qəsəbəsində qətl hadisəsi baş verib. Bu barədə SİMSAR-a Abşeron Rayon Prokurorluğunun böyük köməkçisi Qumru Orucova məlumat verib. Onun sözlərinə görə, yanvarın 23-dən 24-nə keçən gecə qəsəbə sakini, 60 yaşlı Sənubər Süleymanzadə mənzilində naməlum şəxslər tərəfindən qətlə yetirilib. İlkin araşdırmalara görə, mərhumu boğaraq qətlə yetiriblər. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik müəyyən olunmayıb. 

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

24 Yanvar, 2011  16:21 Baxılıb: 2196

Bu bölmədə