Simsar.az | bizi özünüzə Simsar bilin
QHT Göygöl polisini və prokurorluğunu məhkəməyə verdi

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb nümayəndəliyi  Göygöl rayon Polis şöbəsinin, həmçinin  Goygöl rayon Prokurorluğunun məsuliyyətlərinin yüksəldilməsi məqsədi ilə məhkəməyə müraciət edib. Təşkilat aşağıdakıları tələb edir.  

Göygöl rayonu Polis şöbəsinin və Göygöl rayon Prokurorluğunun vəzifəli şəxslərinin hərəkətlərinin (hərəkətsizliyinin ) nəticəsində təşkilatın işgüzar nüfuzuna ziyan vurulmasının müəyyən edilməsini;

 Hər iki quruma 11.08.2010-cı il tarixdə ünvanlanan məktubların cavablandırılmamasının izahını verilməklə məktubun  cavablandırmasını;

Həmin qurumlar tərəfindən lövhələri zədələyən şəxsləri aşkarlayaraq cəzalandırılmasını;

 Və nəhayət adı çəkilən qurumların aşkarlanaraq cəzalandıracaqları şəxslər (şəxs) tərəfindən həmin lövhələrin əvvəlki vəziyyətinə gətirilməsi işini təmin edilməsini;

Təşkilat Gəncə şəhəri və Göygöl rayon inzibati ərazilərində yerləşən meşələrin qorunması, mühafizəsi, əhali arasında meşələrə olan mənfi münasibətin müsbət istiqamətə dəyişdiriılməsi, bütün bu işlərə nail olunması naminə İcra hakimiyyəti ilə əməkdaşlığın qurulması istiqamətində uzun müddətdir ki, mübarizə aparır.

Təşkilat qeyd edir ki, meşə zolaqlarına basdırılmış qoruyucu və məsuliyyət hissini gücləndirici sayılan lövhələrin 4 ədədi zədələnmiş, bir ədədi isə güllələnmişdir. Qeyd edilənlərə cavabdeh olan şəxslıərin aşkarlanaraq cəzalandırılmasını hər iki qurumdan şifahi və dönə-dönə rəsmi xahiş edilsə də, onlar hər dəfə sözdə  həmrəylik ifadə etməklə, nəticədə heç bir addım atmayıblar.

Maraqlı olanı isə odur ki, əvvəlkilərdən fərqli olaraq İddia ərizəsi  dərhal icraata qəbul edilmiş və 18 yanvar 2011-ci il tarixdə hazırlıq iclası keçirilib. Digər maraqlı olanı isə odur ki, hazırlıq iclasına nə Polis Şöbəsinin, nə də ki Prokurorluğun nümayəndələri gəlməməklə yenə də umumi maraqlara, həmçinin Göygöl rayon Məhkəməsinə hörmətsizlik göstəriblər.

AYNUR

 

            Hazırlıq iclasında başqa iş üçün məhkəməyə dəvət olunmuş Prokurorluğun Rövşən müəllim adlı nümayəndəsi isə məsələnin mahiyyətindən hakim  tərəfindən məlumatlı edildikdə, onun, hakimin məlumatını, yüngül gülüşlə qarşılaması da dıqqətdən yayınmadı.

 

Xatırlaırıq ki, Konstitusiyamızın 39 - cu maddəsi ilə təsbit olunmuş “Sağlam ətraf mühitdə yaşamaq hüququ” mənsub olduğumuz dövlətin qarşısında ətraf mühiti qorumaq vəzifəsini qoyur. Həmçinin, AR  Meşə Məcəlləsinin 63-cü maddəsində “Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur” kimi təsbit olunması o deməkdir ki, AR qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər.

 

Beləliklə qeyd etdiklərimizdən də göründüyü kimi, Göygöl rayon Prokurorluğunun və Polis şöbəsinin vəzifəli şəxslərinin  hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olaraq; 

1.         Göygöl rayon Prokurorluğu və Polis şöbəsinin vəzifəli şəxsləri hüquqi normalarla təsbit olunmuş vəzifə səlahiyyətlərini laziminca icra etməməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vururlar;

2.         Günahkar şəxslərin aşkarlanaraq cəzalandırılmamasının nəticəsində meşələrimizin taleyinə dair əhali arasında biganəlik hissi formalaşmaqla, İnsanların sağlam ətraf mühitdə yaşamaq konstitusion hüquqlarından məhrum edilməsinə münbit şərait yaranır;

3.         Azərbaycan dövlətinin beynəlxalq qurumlar qarşısında ətraf mühitlə bağlı öz üzərinə götürdüyü öhdəliklərin layiqincə yerinə yetirilməməsinə münbit şərait yaradır;

4.         Dövlətini, dovlətçiliyini, onun maraqlarını, həmçinin təbiətini sevən insanların gözləri qarşısında yuxarıda barəsində nəql etdiyimiz özbaşınalıqlara yol verilməsi insanlarda dövlətə və dövlətçiliyə olan inam hissinin sarsılmasına səbəb olur;

5.         Göygöl rayon Prokurorluğu və Polis şöbəsinin vəzifəli şəxsləri Hüquqi normativ aktlarla təsbit olunmuş vəzifə səlahiyyətlərini yerinə yetirməməklə, həm AR dövlətini həm də əhalisini aldadırlar.

 

Bu fəaliyyətlər Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Maliyə Dəstəyi ilə  “AR-nın qərb bölgəsində QHT-İcra Hakimiyyəti əməkdaşlığının yeni bir səviyyəyə yüksəldilməsi yolu ilə ictimai maraqların qorunması vərdişlərinin möhkəmləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilməklə, AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının öncə dəstəklədiyi “Gəncə şəhəri və Göygöl rayon inzibati ərazilərində sağlam ətraf mühitdə yaşamaq hüququnun təbliği, təşviqi və insanları bu hüquqlardan istifadə vərdişlərinin əldə olunmasına sövq olunması” layihəsinin davamıdır.

 

RƏŞAD

20 Yanvar, 2011  16:06 Baxılıb: 1102

Bu bölmədə

27 Noyabr, 2018
Sabahın HAVASI
15 Noyabr, 2018
Havada bulud olacaq