Simsar.az | bizi özünüzə Simsar bilin
Quqlemon tapıldı və danışdı

"Gərək o zaman "Neftçi"yə keçməzdim"

"Azərbaycanda oynadığım günləri xoş xatirələrlə yada salıram. Mənim "İnter"də unudulmaz günlərim keçib. Bu günlərə görə peşman deyiləm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter" və "Neftçi"nin sabiq futbolçusu V Quqlemon deyib.
Uruqvaylı futbolçu "İnter"in azarkeş saytına açıqlamasında "Neftçi"yə keçdiyinə görə peşman olduğunu bildirib: "Bir şeyə peşman oluram ki, gərək "Neftçi"yə keçməzdim, "İnter"də qalardım. Aaxt olduqca Azərbaycan futbolu ilə maraqlanıram. Onu deyə bilərəm ki, Azərbaycan çempionatı daha gücülüdü".
Qeyd edək ki, Quqlemon 2007-2009-cu illərdə "İnter"in, 2009-2010 mövsümündə "Neftçi"nin şərəfini qoruyub. Uruqvaylı futbolçu "İnter"l Azərbaycan çempionluğunu qazanıb və Premyer Liqanın bombardiri olub.
V "Neftçi"dən ayrıldıqdan sonra Uruqvayın "Montevideo Vanderers" klubu ilə müqavilə bağlayıb. O, "Napoli"nin dünya şöhrətləi ulduzu Edinson Kavaninin böyük qardaşıdı.

3 Oktyabr, 2011  15:55 Baxılıb: 1118

Bu bölmədə