Simsar.az | bizi özünüzə Simsar bilin
Futbol üzrə milli komandamızın heyəti açıqlanıb

Berti Foqts oktyabrın 7-də Avstriya ilə ev, 4 gün sonra Türkiyə ilə səfər görüşünə 26 futbolçu çağırıb

Azərbaycan milli komandasının Avro-2012-in seçmə mərhələsində son 2 rəsmi oyunu üçün heyəti açıqlanıb. Baş məşqçi Berti Foqts oktyabrın 7-də Avstriya ilə ev, 4 gün sonra Türkiyə ilə səfər görüşünə 26 futbolçu çağırıb.

Milli komandanın baş məşqçisi Berti Foqts Belçika və Qazaxstanla oyunlarda meydana çıxmış futbolçuların hamısına dəvət göndərib. Foqtsun qol ümidi Rauf Əliyev isə “Xəzər Lənkəran”la görüşdə zədələndiyindən bir müddətə sıradan çıxıb. Əvəzində “İnter”in kapitanı Vladimir Levin və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov zədələrini sağaldaraq, xeyli fasilədən sonra milliyə qayıdıblər.

B. Foqtsun siyahısında hücumçuların çoxluğu diqqət çəkir. Yəni, millimizdə ən azı son 1 ildə bu qədər - 6 hücumçu yer almamışdı. Müdafiə xəttində isə B. Foqts 8 oyunçu arasında seçim etməlidir.

Yarımmüdafiədə isə Əfran İsmayılovun yoxluğunda alman futbol mütəxxəsisi 7 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, millimizin ölkədən kənarda çıxış edən oyunçularından Cavadov oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də millinin heyətinə qoşulacaq.

2 Oktyabr, 2011  03:26 Baxılıb: 1153

Bu bölmədə