Simsar.az | bizi özünüzə Simsar bilin
"Zəif komanda yoxdu"

"Qarabağ" artıq özünə gəlib - Qurban Qurbanov

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında iştirak edən klubların bu il səviyyəsinin bərabərləşdiyini deyib.

Qurbanov şənbə günü Trend-ə bildirib ki, ötən çempionatlarda turnirin ortalarında və ya sonlarında sürpriz nəticələr qeydə alınırdısa, bu çempionatda artıq ilk turlardan sensasiya sayılacaq nəticələr olub.

"Kəpəz" səfərdə "Bakı"ya qalib gəldi, "Rəvan" səfərdə "Qəbələ"ni uddu. Bu göstətrir ki, artıq heç bir rəqibə qarşı asan oyun yoxdur, hər oyuna həddən artıq ciddi yanaşmaq lazımdır", - o deyib.

Qurbanov hesab edir ki, çempionatın qarşıdakı oyunlarında daha da maraqlı matçlar baş tutacaq.

"Qarabağ"ın çempionatın əvvəlində bəzi problemlərinin olduğunu deyən Qurbanov artıq onların aradan qaldırıldığını vurğulayıb. "Hər bir komandada zədəlilər olur, oyunun alınmaması, eniş baş verir. Məsələ bu vəziyyətdən necə çıxmaqla bağlıdır. Get-gedə "Qarabağ" daha da yaxşı nəticələr göstərəcək", - baş məşqçi bildirib.

Azərbaycan çempionatında 2011/2012-ci il mövsümündə 8 tur arxada qalıb. Çempionata 19 xalla "Xəzər Lənkəran" başçılıq edir. Bir oyun az keçirən "Neftçi" 15 xalla ikinci sıradadır. "Qarabağ" da 7 oyun keçirib və 13 xalla 4-cü pillədədir.

1 Oktyabr, 2011  18:45 Baxılıb: 1226

Bu bölmədə