Simsar.az | bizi özünüzə Simsar bilin
Fəhlələrin qanlı davasının təfərrüatları məlum olub

İki gün əvvəl Sumqayıtda baş vermiş qətl hadisəsində şübhəli bilinən şəxs tutulub

İki gün bundan əvvəl Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub. Müəyyən edilib ki, hadisə şəxsi münasibətlər zəminində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində, 23/59 saylı binanın yaxınlığında baş verib.Həmin qanlı hadisə zamanı Sumqayıt şəhər sakini, 25 yaşlı Saleh Yusifov küçənin ortasındaca naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmişdi. Həmin vaxt qətli törətməkdə şübhəli bilinən şəxsi müəyyən etmək mümkün olmasa da, Sumqayıt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri öz bəhrəsini verib.

Belə ki, Saleh Yusifovun ətrafında araşdırmalar aparan hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin Salehin həmyerlisi, 21 yaşlı Sumqayıt şəhər sakini Qələmşah Nəsirov tərəfindən törədildiyini müəyyən edə bilib. Qələmşah Nəsirov qətldə istifadə etdiyi bıçaqla bir yerdə saxlanılaraq istintaqa təhvil verilib.

Sumqayıt şəhər prokurorunun köməkçisi Pərviz Əliyevin sözlərinə görə, Qələmşah Nəsirov Saleh Yusifovu söyüş söydüyünə görə bıçaqlayıb. Onlar əvvəllər də bir yerdə işləyiblər, fəhlə kimi. Həmin günü parkın yanında təmir işləri aparırmışlar. Hadisə də orada olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Aparılan istintaq araşdırmaları zamanı qətlin dəqiq səbəblərinə aydınlıq gətiriləcək.

1 Oktyabr, 2011  04:20 Baxılıb: 905

Bu bölmədə