Simsar.az | bizi özünüzə Simsar bilin
Legionerlər də AFFA-ya kömək etmədi

Yığma ilk rəsmi oyunda darmadağına üzüldü

Bu gün Bakıda 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin IX qrupunun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, Bosniya və Herseqovina, İspaniya, Ukrayna və Azəraybacanın yer aldığı qrupda ilk oyun baş tutu.
Açılış oyununda milli komandamız Ukraynanı qəbul edib. Artıq bir neçə ildi formalaşdırılan, Avropanın bir çox ölkələrində təlim-məşq toplanışları keçən və heyətinə hətta Almaniyadan legionerlər də cəlb olunan yığmamız ilk rəsmi oyununda darmadağınla üzləşib. Belə ki, Ukrayna millimizi 3:0 hesabı ilə yenib.
Hesabı 31-ci dəqiqədə Tatyana Kozırenko açıb. 53-cü dəqiqədə Yana Malaxova fərqi artırıb. 68-ci dəqiqədə isə Tatyana Kozırenko penaltidən dublunu rəsmiləşdirib.
Qeyd edək ki, bu gün qrupumuzda daha bir oyun keçiriləcək. Saat 14.00-da "Dalğa Arena"da Bosniya Hersqovina İspaniyanı sınağa çəkəcək.

Avropa çempionatı
Seçmə mərhələ
IX qrup, I tur

30 sentyabr
Azərbaycan: 12. Hülya Cin, 6. Lara Vaqner, 7. Əminə Heydarova, 8. Aliyə Vəliyeva, 9. Sevinc Qurbanova, 10. Eda Vivien Hillebrand, 11. Şəfəq Nəsirova, 17. Olya Şioşvili, 18. Leyla Solmaz (16. Melis Sarialtin, 52), 20. Jalə Məhsimova, 23. Sinem Solmaz.
Ehtiyat oyunçular: 1. Mədinə Xələfova, 2. Şahnaz Məmmədova, 4. Ləman Bağırova, 5. Nərgiz Ömərova, 15. Kamilla Məmmədova, 21. Suğra Xəlilova.
Baş məşqçi: Sissi Rayt.
Ukrayna: 1. Nina Babarika, 2. Viktoriya Demianyuk, 5. Yuliya Kondraçuk, 6. Viktoriya Boyko (Tftyana Kitayeva, 60), 7. Yana Malaxova, 8. Kateryna Korsun, 9. Qalina Jiqadlo, 10. Alina Şilova (13. Viktoriya Rapa, 77), 11. Tatyana Kozirenko, 15. Alona Spodenyuk (3. Anastasiya Sokolovska, 80), 16. Svitlana Suprunyuk.
Ehtiyat oyunçular: 12. Olqa Melniçuk, 4. Ella Sukaç, 14. Yulia Denisenko, 17. Darya Pyenzyeva.
Baş məşqçi: Mikola Lisenko.
Qollar: Tatyana Kozırenko, 31; 68. Yana Malaxova, 53.
Sarı vərəqə: Əminə Heydarova.
Hakimlər: Berta Tavares, Marisa Almeyda (Portuqaliya), Matilde Abildqaard, Marianne Svendsen (Danimarka).

30 Sentyabr, 2011  20:08 Baxılıb: 975

Bu bölmədə