Simsar.az | bizi özünüzə Simsar bilin
Bölgələrə leysan xəbərdarlığı

Güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Simsar.az-a verdiyi məlumata görə güclü şimal-qərb küləyi əsəcək. Gecə 12-15, gündüz 15-19 dərəcə isti olacaq.

Oktyabrın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, havanın gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 1-də yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Oktyabrın 2-də bölgələrdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 10-14, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

30 Sentyabr, 2011  18:42 Baxılıb: 832

Bu bölmədə