Simsar.az | bizi özünüzə Simsar bilin
Bethovenin itkin bəstəsi ilk dəfə çalınacaq

Bəstənin 200 yaşı var

Dünya şöhrətli bəstəkar Ludviq van Beethovenin heç yerdə işıq üzü görməyən, təxminən 200 il yaşı olan bəstəsi ilk dəfə səslənəcək.

Simsar.az saytı hurriyet.com-a istinadən xəbər verir ki, Beethovenin 1799-ci ildə bəstələdiyi “Yaylı Çalgılar dörtlüsü” adlı əsərinin bir hissəsi olaraq yazdığı, sonra əsərdən çıxardığı və bir başqa versiyasını bəstələdiyi “yavaş hissədən” geriyə qalan qeydləri birləşdirən müzikoloqlar, “itkin” parça yenidən onun musiqisini sevənlərin öhdəsinə veriləcək.
Beethoven mütəxəssislərindən olan, Manchester Universiteti Musiqi Professoru Barry Cooperinin səyi nəticəsində bəstəyə yenidən həyat verilib.

Tapılan bəstə bu həftə Manchesterdə ifa olunacaq.

Aynurə

30 Sentyabr, 2011  16:57 Baxılıb: 1098

Bu bölmədə