Simsar.az | bizi özünüzə Simsar bilin
Məhkəmə binası ciddi polis nəzarətində

Bu gün müxalifətçilərə hökm oxuna bilər

İctimai Palatanın 2 aprel aksiyasında həbs edilən və barələrində cinayət işi açılan müxalifət fəallarına bu gün Səbayel rayon məhkəməsində hökm oxunmalıdır. Simsar.az saytı musavat.com-a istinadən xəbər verir ki, məhkəmə binasının qarşısına xeyli sayda adam toplaşıb.
Hadisə yerinə polislər də gətirilib. Bina ciddi nəzarətə alınıb.

Xatırladaq ki, bir neçə gün öncə dövlət ittihamçısı Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslıya 3, Fuad Qəhrəmanlıya isə 2 il 6 ay müddətində cəza tələb edib.

Anar

30 Sentyabr, 2011  16:41 Baxılıb: 797

Bu bölmədə