Simsar.az | bizi özünüzə Simsar bilin
Oğluna narkotika gətirən ana

Polislər onu saxlayıb

Nizami rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları məhbus Məmmədov Elşad Lətif oğlunun yanına gələn anası, Abşeron rayon sakini Məmmədova Firuzə Ağa qızının gətirdiyi ərzağa baxış keçirərkən gizlədilmiş 9,3 qram narkotik vasitəni aşkarlayıblar. Qadın saxlanılaraq 25-ci Polis Bölməsinə aparılıb.

Digər oxşar hadisə isə Qaradağ rayonu ərazisindəki Qobustan qapalı həbsxanasında qeydə alınıb. Məhbus Həsənov Zakir Mirzə oğlunun yanına gələn tanışı Dadaşov Elbəy Hidayət oğlunun gətirdiyi ərzağın içindən 1,9 qram heroin və 4,3 qram tiryək tapılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

30 Sentyabr, 2011  16:15 Baxılıb: 912

Bu bölmədə