Simsar.az | bizi özünüzə Simsar bilin
Samir Cavadzadənin vurduğu bıçaq dərinə işləyib

Ekspertizanın rəyi açıqlandı

Müğənni Samir Cavadzadənin dostu Elvin Hüseynovu bıçaqlaması ilə bağlı təyin edilən ekspertizanın nəticəsi məlum olub. Nəsimi rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, məhkəmə tibbi ekspertizası xəsarəti “ağır xəsarət” kimi qiymətləndirib. Faktla bağlı başlanılmış cinayət işinin materialları isə 21-ci Polis Bölməsindən alınaraq Nəsimi rayon Polis İdarəsinə verilib.


Məlumata görə, adətən belə hallarda xəsarəti yetirən şəxs barəsində məhkəmədə həbs-qətimkan tədbiri seçilir. Lakin məlum hadisə zamanı S.Cavadzadə bıçaqladığı şəxsi özü xəstəxanaya gəyirdiyi, hadisəni səmimi etiraf etdiyi və qaçıb gizlənmədiyinə görə onun barəsində həbs qərarı seçilməyib.


qeyd edək ki, hadisə sentyabrın 20-nə keçən gecə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib. Həmin mənzildə S.Cavadzadə onunla birlikdə yaşayan Elvin Hüseynova bıçaqla xəsarət yetirib. Yaralı Kliniki Tibbi Mərkəzə gətirilib və dərhal polisə məlumat daxil olub. Aparılan araşdırmalar nəticəsində isə E.Hüseynovun S.Cavadzadə tərəfindən bıçaqlandığı məlum olub. S.Cavadzadə saxlanılaraq bölməyə gətirilib və o, törətdiyi əməli etiraf edib.


Qeyd edək ki, S.Cavadzadə “ŞERON” qrupunu keçmiş üzvüdür. O, Azərbaycanı “Eurovision-2008”-da təmsil edib.

30 Sentyabr, 2011  13:24 Baxılıb: 984

Bu bölmədə