Simsar.az | bizi özünüzə Simsar bilin
Yaşar Nuri xəstəxanadan çıxır

"Özümü çox yormuşam"

“Bir gün yaxşı oluram, səhərisi yenidən pisləşirəm. Amma indi özümü yaxşı hiss edirəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Yaşar Nuri deyib.

Aktyor il ərzində bir neçə dəfə xəstəxanaya düşməsinin səbəbini özünü qorumamaqda görür: “Özümü çox yormuşam, o səbəbdən də belə oldu. Nəfəs çatışmazlığı məni yenidən xəstəxanaya saldı”.

Y. Nuri deyib ki, sabah - sentyabrın 30-da xəstəxanadan çıxacaq: “Artıq yubileyimə hazırlaşmalıyam. Hər birinizi yubiley tədbirində gözləyirəm, bu günün yüksək səviyyədə keçməsini istəyirəm”.

Qeyd edək ki, aktyorun 60 illiyi yubileyi oktyabrın 5-də Akademik Milli Dram Teatrında keçiriləcək.

Xalq artisti Yaşar Nurinin səhhəti sentyabrın 15-də qəflətən pisləşib. Aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəlində Türkiyənin İstanbul Memorial Xəstəxanasında da uzun müddət müalicə olunub.

29 Sentyabr, 2011  21:13 Baxılıb: 1092

Bu bölmədə