Simsar.az | bizi özünüzə Simsar bilin
Zabit özünü öldürmək istədi

Kapitan iki dəfə intihara cəhd edib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin tibb xidməti rəisi, kapitan Ceyhun Zahidov intihar etmək məqsədilə bir neçə gün əvvəl qollarını doğrayıb. Bir müddət Naxçıvanda müalicə alan C. Zahidov yenidən intihar etmək məqsədilə yaralı qollarını qaynamış suya salıb. Onun vəziyyəti yenidən pisləşib və zabit ağır vəziyyətdə Bakıdakı hərbi hospitala gətirilib.

29 Sentyabr, 2011  20:10 Baxılıb: 1002

Bu bölmədə