Simsar.az | bizi özünüzə Simsar bilin
Braziliya Argentinanı uddu

Yoldaşlıq görüşündə hesab 2:0 oldu

Babası kimi ulduz futbolçu olmağı qarşısına məqsəd qoyan hücumçu təəssüratlarını klubun rəsmi saytına bölüşüb: “Futbolla uşaqlıqdan maraqlanmışam. Atam bu marağı görüb, məni futbol məktəbinə yazdırdı. “Neftçi”də oynamaq isə mənim çoxdankı arzumdur. Burada çıxış etmək mənim üçün böyük şərəfdir, çünki bir vaxtlar babam Anatoli Banişevski də bu klubda oynayıb. Dahi futbolçunun nəvəsi olmaq çox böyük məsuliyyətdir. Əlimdən gələni edəcəyəm ki, futbolda babam kimi parlaq iz qoyum. Çox sevinirəm ki, mən də babam kimi “Neftçi”nin 9 nömrəli formasında çıxış edəcəyəm.

Qeyd edək ki, Anatoli Banişevski futbolçu karyerası ərzində yalnız “Neftçi”də çıxış edib. “Ağ-qaralar”ın 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında Banişevski SSRİ yığmasının üzvü kimi iştirak edib. Əfsanəvi futbolçu 1997-ci il dekabrın 10-da vəfat edib.

29 Sentyabr, 2011  18:58 Baxılıb: 996

Bu bölmədə