Simsar.az | bizi özünüzə Simsar bilin
Erməni boksçulardan daha biri Bakıda uduzdu

Artur Xaçatryan İran boksçusuna məğlub olub

Daha bir erməni boksçu paytaxtımızda keçirilən dünya çempionatında məğlubiyyətlə üzləşib. ANS PRESS-in məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan Artur Xaçatryan İran təmsilçisi Ehsan Ruzbahaniyə uduzub.

Qeyd edək ki, bu, Ermənistan boksçularının Bakıda sayca ikinci itkisidir. Bunadək 56 kq çəki dərəcəsində mübarizə aparan Ovanes Baçkov Monqolustan boksçusuna uduzaraq mübarizəsini dayandırmışdı.

Xatırladaq ki, sentyabrın 26-da start götürən və oktyabrın 6-dək Bakıda davam edəcək boks üzrə dünya çempionatında ümimilikdə 7 erməni boksçu mübarizəyə başlamışdı.

29 Sentyabr, 2011  17:41 Baxılıb: 934

Bu bölmədə