Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏLİ ULDUZ AZƏRBAYCANA QARŞI

Almaniyanın "Bayer" klubunun türk əsilli müdafiəçisi Ömər Toprak çıxış etmək istədiyi millinin adını açıqlayıb.

Almaniya və Türkiyə yığmaları arasında seçım edən 21 yaşlı gənc istedad doğma vətənini üstün tutub. Toprak “ay-ulduzlu” formanı geyməyə razılıq verib.

Qeyd edək ki, Toprak Almaniyada gələcəyin ulduzları arasında göstərilən futbolçulardan biridir. Buna görə də federasiya rəhbərliyi onu Bundestimin heyətinə qatmaq üçün əlindən gələni edirdi. Ancaq damarlarında türk qanı axan müdafiəçi sonda çətin də olsa, Türkiyə millisini seçib.

Hazırda Türkiyə Futbol federasiyası Toprakın vətəndaşlıq məsələsini həll etməyə çalışır. Ancaq futbolçunun Avro-2012-nin seçmə mərhələsində Almaniya kollektivinə qarşı oyunda türklərin heyətində meydana çıxması baş tutmaya bilər. Lakin Toprakın oktyabrın 11-də milli komandamıza qarşı oynayacağı gözlənilir.

29 Sentyabr, 2011  02:46 Baxılıb: 1015

Bu bölmədə