Simsar.az | bizi özünüzə Simsar bilin
ÜZÜNDƏ ÇÜRÜMƏ PROSESİ GEDƏN ƏSGƏR SAĞALA BİLƏR

Müdafiə Nazirliyi Eldar Novruzovu Gülhanə Hospitalına göndərcəyinə söz verdi

Azərbaycan ordusunun ağır xəstəliyə tutulan əsgəri barəsində xəbərlər səngimir. N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan 1992-ci il təvəllüdlü Eldar Novruzovun səhhətində ciddi problemlər meydana çıxıb. Hazırda o, Mərkəzi Hospitala yerləşdirilib.
Ötən ilin aprelində hərbi xidmətə yola düşən əsgər E.Novruzovun tənəffüs sistemində yaranan problemi aradan qaldırmaq üçün burnunda aparılan əməliyyat uğursuz olur və əsgərin üzündə şişlər əmələ gəlməyə başlayır. Hazırda onun üzündə çürümə prosesi gedir.
Əsgərin valideyni hospitalda oğluna həkimlərin soyuq münasibət göstərdiyindən mətbuata gileylənib. Q.Novruzov bu gün etiraz olaraq hospitalın qarşısında etiraz aksiyası da keçirib.

O, iddia edir ki, Eldarın müalicəsi Türkiyənin Gülhanə Hospitalında davam etdirilməyəcəyi təqdirdə öləcək.

Artıq Müdafiə Nazirliyi bu hadisəyə münasibət bildirib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi müavini, kapitan Teymur Abdullayev məlumat verib. T. Abdullayev deyib ki, əsgər Novruzov Eldar Qədir oğlu müalicəsini davam etdirmək üçün sabah ona təhkim olunan həkimlə birgə Gülhanə Əsgəri Tibb Akademiyasına yola düşəcək. Bununla bağlı müdafiə naziri Səfər Əbiyev göstəriş verib.

Simsar.az

28 Sentyabr, 2011  22:37 Baxılıb: 932

Bu bölmədə