Simsar.az | bizi özünüzə Simsar bilin
İki neftçi iş başında həlak oldu

ARDNŞ-in bir əməkdaşı da xəsarət aldı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işlədiyi "Günəşli" dəniz yatağının "Günəşli-14" platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1-i isə ciddi xəsarət alıb. Bu barədə Trend-ə çərşənbə günü ARDNŞ-dən bildirilib.

İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

Həlak olanlar Hüseyn Quliyev və Vüqar Əliyevdir. Yaralanan Surətdin Qurbanovun vəziyyəti isə ağırdır.

Hadisənin səbəblərini aydınlaşdırmaq üçün komissiya təşkil olunub.

28 Sentyabr, 2011  20:22 Baxılıb: 1265

Bu bölmədə