Simsar.az | bizi özünüzə Simsar bilin
DİN-dən qəza açıqlaması

Hadisədə 4 nəfər ölüb

Daxili İşlər Nazirliyi sentyabrın 27-də saat 12.25 radələrində Goranboy rayonu ərazisində baş vermiş dəhşətli yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Simsar.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göyçay rayon sakini Sahib Umarovun idarə etdiyi "VAZ-21011" markalı və Tovuz rayon sakini Nəriman Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Nəticədə S.Umarov və sərnişini - oğlu Rəşad, habelə N.Hüseynovun sərnişinləri Samir Abuzərov və Aləmzar Mustafayeva hadisə yerində ölüb.

Xəsarət almış N.Hüseynov, eləsə də S.Umarovun sərnişinləri - arvadı Zemfira, gəlini Zülfiyyə və nəvəsi 3 yaşlı Aytən isə xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırdır.

28 Sentyabr, 2011  17:55 Baxılıb: 1044

Bu bölmədə