Simsar.az | bizi özünüzə Simsar bilin
Muğam ifaçısının tutulmasına polisdən rəsmi reaksiya

Oğurlanan məbləğ dəqiqləşdi

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda törədilmiş oğurluq hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Simsar.az-a verilən məlumata görə, iyulun 24-də Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yaşayan İlkin Yusifovun mənzilindən açıq qapıdan keçməklə 60 min manat və 20 min ABŞ dolları oğurlanıb. Suraxanı rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səfa Məmmədov sentyabrın 27-də yaxalanıb.


Qeyd edək ki, oğurluğu törədən S.Məmmədov “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olub.

28 Sentyabr, 2011  17:53 Baxılıb: 1049

Bu bölmədə