Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan uduzdu, Türkiyə uddu

Voleybolçu qızlara Hollandiya yığmasından zərbə

Serbiya və İtaliyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir. Fanat.az xəbər verir ki, bu gün pley-off oyunları keçirilib.
Xorvatiyanı udub bu mərhələyə vəsiqə qazanan Azərbaycan millisi İtaliyanın Monza şəhərində Hollandiyanı sınağa çəkib. Faiq Qarayevin yetirmələri oyuna yaxşı başlayıb və ilk setdə 25:23 hesablı qələbə qazanıblar. Lakin sonrakı üç setdə rəqibənə boyun əyən yığmamız nəticədə 1:3 hesabı ilə uduzaraq, Avropa çempionatında mübarizəni dayandırıb.
Bu yığmamızın Avropa çempionatında üçüncü məğlubiyyəti olub. Bundan əvvəl İtaliya və Türkiyəyə uduzan Faiq Qarayevin komandası yalnız Xorvatiyanı udub.
Yığmamıza qrupda 3:1 hesabı ilə qalib gələn Türkiyə isə bu gecə İspaniyanı sınağa çəkib. Türkiyə yığması bizdən fərqli olaraq qələbə qazanıb. "Ay-ulduzlular" rəqibə heç bir şans verməyib - 3:0. Türkiyə 1/4 finalda Rusiyanı sınağa çəkəcək.

28 Sentyabr, 2011  15:31 Baxılıb: 965

Bu bölmədə