Simsar.az | bizi özünüzə Simsar bilin
Filippində güclü fırtına baş verib

Filippinin şimal ərazilərində baş vermiş güclü fırtına nəticəsində 16 nəfər həlak olub.

APA-nın bbc.com saytına istinadən verdiyi məlumata görə, qasırğa nəticəsində paytaxt Manilanın mərkəzi rayonlarını su basıb, şəhərin elektrik sistemi sıradan çıxıb.
Minlərlə insan ölkənin aran bölgələrindən evakuasiya olunub. Manilanın şimalda yerləşən dağlıq ərazilərdə torpaq sürüşməsi barədə xəbər verilir.

28 Sentyabr, 2011  03:48 Baxılıb: 875

Bu bölmədə