Simsar.az | bizi özünüzə Simsar bilin
Baş məşqçi istefa verdi

Danimarka yığmasının sabiq futbolçusu Mikael Laudrup İspaniyanın “Malyorka” klubunun baş məşqçi postunu tərk edib.

Simsar.az-ın məlumatına görə, səbəb Laudrupun köməkçisi Erik Larsenin klubun vitse-prezidenti və baş səhmdarı Lorenso Serra Ferra ilə yola getməməsi olub. Larsen bildirib ki, Serra Ferrer “Malyorka”nı idarə etmək iqtidarında deyil. O, vitse-prezidenti pis insan adlandırıb. Nəticədə Larsen işini itirib. Bundan sonra Laudrup yaranmış vəziyyəti klubun baş direktoru Pedro Terrasa ilə müzakirə etməyi qərara alıb. O, komandanın bundan əziyyət çəkdiyini və bunun yolverilməz olduğunu açıqlayıb. Terrasa ilə görüşdən sonra isə Laudrup “Malyorka”nı tərk etdiyini bəyan edib. 


Qeyd edək ki, Mikael Laudrup bu komandaya 2010-cu ilin iyulunda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “Malyorka” maliyyə problemlərinə rəğmən, İspaniya La Liqasındakı mövqeyini qoruyub.

28 Sentyabr, 2011  00:28 Baxılıb: 1149

Bu bölmədə