Məşhurların evini talayan peşəkar oğru tutuldu
Tanınmış şəxslərin evini yaran oğru min manatlarla pul aparıb Xəzər rayon Polis İdarəsi 1-ci və 2-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Günay Zeynalovanın evindən qızıl əşyalarını oğurlamış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Ordiyev tutulub. Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Z.Ordiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun bu il ərzində Sevda Kazımovanın, İlqar Şükürovun, Rüstəm Səfərovun, Namiq Qurbanovun, İsaxan İsaxanlının, Alik Abdullayevin, Emil Abbasbəyilinin evlərindən pul və qızıl əşyaları, habelə Fuad Nəzərovun evindən 2700 manat pul və 1 ədəd fotoaparat, Aqil Səfərlinin evindən isə 3580 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilib.
27 Sentyabr, 2011 17:59 ⁄ Baxılıb: 1310
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |