Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda Bülbül və Qara Qarayevə heykəl qoyulacaq

Azərbaycanın paytaxtında Bülbülün və Qara Qarayevin abidələri qoyulacaq.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu deyib. O bildirib ki, bu addım Bülbülün xatirəsinin ədəbiləşdirilməsi yönündə atılan bir addımdır: “Bülbül haqqında kitablar çap olunur, hər iki-üç ildən bir beynəlxalq müsabiqə keçirilir. Bilirəm ki, hörmətli prezidentimiz qərar qəbul edib və şəhərdə ucaldılacaq abidələrin sırasında Qara Qarayevin, Bülbülün də abidələri olacaq. Bülbülün adı unudulmur, onun lent yazıları tez-tez radio dalğalarında səslənir. Çox təəssüf ki, videoların sayı çox azdır. Bülbül bir sənətkar olaraq xalqın ürəyində yaşayır və yaşayacaq. Abidəsi olsa da, olmasa da, ən böyük abidə xalqın ürəyindədir. Bu mənim üçün çox əzizdir”.

27 Sentyabr, 2011  03:18 Baxılıb: 1312

Bu bölmədə