Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan boksçularının rəqibləri bilindi

İlk püşkatma oldu

Simsar.az-ın məlumatına görə, püşkatma mərasimində Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, milli komandamızın məşqçiləri Yevgeni Kotov və Nəriman Abdullayev iştirak ediblər. 

AİBA-nın icraçı direktoru Xo Kim iştirakçı ölkələr və idmançılar haqda məlumat verdikdən sonra püşkatma mərasimi başlayıb.

49 kq çəki dərəcəsində mübarizə aparacaq Avropa çempionu Salman Əlizadə 1-ci mərhələdən azaddır. Həmyerlimiz növbəti raundda Denis Kozaruk (Ukrayna) – Abdeali Daraa (Mərakeş) cütünün qalibi ilə qarşılaşacaq.

52 kq çəki dərəcəsində yarışacaq Elvin Məmişzadənın ilk rəqibi indoneziyalı Julio Bria olacaq.

56 kq çəkidəki Rəhim Nəcəfov dünya çempionatına ingiltərəli Luke Kempbellə döyüşlə başlayacaq.

60 kq çəkidəki Elvin İsayev isə ilk görüşünü isveçli Raduen Kayaya qarşı keçirəcək.

64 kq çəkidəki Heybətulla Hacəliyev Misirli Əli İslamı məğlub etməyə çalışacaq.

69 kq çəki dərəcəsində mübarizə aparacaq Emil Əhmədovun ilk rəqibi italiyalı Danilo Kreati olacaq.

81 kq çəkidəki Ramil Əliyev ikinci mərhələdə Rasul Yuldaşev (Türkmənistan) – Georginel Hau (Rumınya) döyüşünün qalibi ilə üz-üzə gələcək.

91 kq çəkidəki daha bir Avropa çempionu Teymur Məmmədov da ilk mərhələdən azaddır. Onun ikinci rəqibi ya makedoniyalı Dimitar Taşkov, ya da barbadoslu Emanuel Anderson olacaq.

Superagır – 91 kq-dan yuxarı çəki dərəcəsində döyüşəcək Məhəmmədrəsul Məcidov ikinci mərhələdə Madian Kassem (Misir) – Sərdor Abdullayev (Özbəkistan) cütünün qalibi ilə görüşəcək.

Boksçularımızdan ilk olaraq sentyabrın 27-də Elvin Məmişzadə və Rəhim Nəcəfov rinqə çıxacaqlar.

26 Sentyabr, 2011  16:11 Baxılıb: 1111

Bu bölmədə