Simsar.az | bizi özünüzə Simsar bilin
Voleybolçu qızlardan yaxşı xəbər

Azərbaycan və Türkiyə Avropa çempionatının növbəti mərhələsində

İtaliya və Serbiyada təşkil olunan qadın voleybolçular arasında Avropa çempiopatının qrup mərhələsində son turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, milli komandamız Monza şəhərində üçüncü matçına çıxıb.
Faiq Qarayevin yetirmələri Xorvatiya millisini sınağa çəkib. Bu millimizin növbəti mərhələyə vəsiqə qazanması üçün son şansı idi. Yığmamız "play-off"a adlamaq üçün mütləq 3:1 və ya 3:0 hesablı qələbə qazanmalı idi. Faiq Qarayevin yetirmələri bu şansdan yararlanıb, Xorvatiyanı 3:1 hesabı ilə yendi.
Bununla da millimiz "play-off" mərhələsinə vəsiqə qazandı.
İtaliya bir gün əvvəldən vəsiqəni təmin etdiyindən üçüncü vəsiqəyə Türkiyə və Xorvatiya iddia edirdi. Türkiyə olduqca çətin vəziyyətdə idi. "Ay-ulduzlular" turnirin favoritlərindən olan İtaliyadan ən azı iki set almalı idi ki, nəyinki bunu bacardılar, hətta qələbə də qazandılar.

26 Sentyabr, 2011  15:46 Baxılıb: 1056

Bu bölmədə