Simsar.az | bizi özünüzə Simsar bilin
Sərhəd bölgələrində polis əməliyyatı sona çatır

Xeyli cinayət hadisəsinin qarşısı alınıb

Balakən rayon hüquq-mühafizə orqanlarında APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, əhalinin təhlükəsizliyini nəzərə alaraq, sentyabrın 19-dan başlayaraq qeydiyyatsız yaşayan şəxslərin aşkar edilməsi və qanunsuz silahların axtarılması və axtarışda olan şəxslərin tapılması istiqamətində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında “Sərhəd-sipər” adı altında əməliyyata başlanılıb. Tədbirdə Azərbaycanın daxili işlər orqanları ilə yanaşı, Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edir.

“Sərhəd-sipər” adı altında keçirilən əməliyyatların sabah başa çatması nəzərdə tutulub. Dünən Balakən rayon ərazisində aparılmış əməliyyat zamanı rayonun Mahmalar kəndi ərazisindəki kolluqdan 1 ədəd xaricdə istehsal edilən tapança, 1 ədəd qundaqsız AKS avtomat silahı, 1 ədəd avtomat silahının darağı, 8 ədəd 5,45 çaplı avtomat silahının gülləsi tapılıb. Rayonun Kortala kəndinin ərazisindəki əkinə yararsız sahədən isə ümumi çəkisi 75 kiloqram olan, 40 ədəd çətənə kolu aşkar edilərək yandırılma yolu ilə məhv edilib. Keçirilmiş əməliyyat nəticəsində Rusiyanın Smolensk daxili işlər idarəsi tərəfindən barəsində axtarış elan edilən 1975-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olan Hüseynov Əjdər Fikrət oğlunun yeri müəyyən edilərək müvafiq iltizam aldıqdan sonra rayonu tərk etməmək şərti ilə sərbəst buraxılıb. Bununla belə “Sərhəd-sipər” əməliyyatı başlanandan bəri Rusiya Federasiyasının Daxili İşlər İdarəsi tərəfindən barəsində axtarış elan edilən, hazırda Balakən rayonunda yaşayan 4 nəfərin yeri müəyyən olunaraq onlardan rayonu tərk etməmək şərti ilə müvafiq iltizam alınıb. Bunlar aşağıdakı şəxslərdir:
1. 1974-cü il təvəllüdlü, Balakən rayonu Şərif kənd sakini Maqliyev Nəriman Ramazan oğlu.
2. 1974-cü il təvəllüdlü, Balakən rayonu Qaysa kənd sakini İlyasov İlyas Əlihüseyn oğlu.
3. 1975-ci il təvəllüdlü, Balakən rayonu Tülü kənd sakini Xasmədov İlqar Şəhriddin oğlu.
4. 1975-ci il təvəllüdlü, Balakən rayonu Qazma kənd sakini Hüseynov Əjdər Fikrət oğlu.

24 Sentyabr, 2011  17:28 Baxılıb: 1013

Bu bölmədə