Simsar.az | bizi özünüzə Simsar bilin
Uşaq baxçasında yanğın

Bina boş olduğundan xəsarət alan yoxdu

Sentyabrın 23-də saat 20:30 radələrində Bakıdakı uşaq bağçalarından birində yanğın hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Puta qəsəbəsi, Yuxarı Puta küçəsindəki iki mərtəbəli uşaq bağçasında yanğın olub.

Yanğın binanın ikinci mərtəbəsində başlayıb və qısa müddətdə geniş ərazini əhatə edib. Dərhal hadisə yerinə cəlb edilmiş yanğınsöndürmə briqadaları alovun miqyasının genişlənməsinə imkan verməyib. Hadisə zamanı binada kimsə olmadığından xəsarət alan olmayıb.

Faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, Puta qəsəbəsindəki bağça binası 1956-cı ildə istifadəyə verilib.

24 Sentyabr, 2011  16:31 Baxılıb: 920

Bu bölmədə