Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbçimiz öldü

Səbəb müəmmalıdı

Azərbaycan ordusunun hərbiçisi müəmmalı şəkildə ölüb. Ağdam rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 1982-ci ildə Ağdərə rayonunda anadan olmuş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu Həsənov Seymur Rəfail oğlunun ölməsi ilə bağlı məlumat daxil olub.

Məlumata görə, 29 yaşlı hərbiçi Ağdam rayonunda, Dördyol adlanan ərazidə qayınatası Əyyubov Yavər Rza oğlunun evində olarkən ölüb. Hərbçinin hansı səbəbdən dünyasını dəyişməsi hələlik məlum deyil.

Faktla əlaqədar ekspertiza təyin edilib. Araşdırmalar aparılır.

24 Sentyabr, 2011  16:02 Baxılıb: 950

Bu bölmədə