Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

Cəbhə xəttində vəziyyət yenidən gərginləşib.

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 23-də saat 19.10-dan 19.15-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi, saat 10.00-dan 10.25-dək və 16.00-dan 16.10-dək Xocavənd rayonunun Kuroptakino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.00-dan 12.30-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.20-dən 17.27-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, sentyabrın 24-də saat 00.45-dən 01.00-dək, 01.40-dan 01.55-dək və 02.20-dən 02.30-dək Tərtər rayonunun Qızıloba, Göyarx və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

24 Sentyabr, 2011  15:44 Baxılıb: 830

Bu bölmədə